Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun illik hesabat iclası keçirildi

0

  •         06 fevral tarixdə 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun hesabat iclası keçirildi.
           Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi – təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov,  millət vəkili cənab Elman Məmmədov, rayon icra hakimiyyəti başçısı yanında şura üzvləri, rayonun idarə, müəssisə rəhbərləri və ictimaiyyət üzvləri iştirak etdilər.
            Hesabat iştirakçıları əvvəlcə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki "Heydər" parkında ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər. Ulu öndərə Allahdan rəhmət dilədilər
           Xocalı rayon İcra Hakimiyyətindən akt zalında keçirilən hesabat iclasında Respublikamızın ərazi bütövlüyünü uğrunda canlarından keçmiş Vətən övladları bir dəqiqəlik sükutla yad edildi.
           Sonra Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə ölkəmizin inkişafından, həmçinin rayonumuzda görülən işlərdən danışdı. Rayonumuzun rəhbəri bildirdi ki, Azərbaycan tarixinə dövlət müstəqilliyimizin bərpasının 27-ci il
    dönümü kimi daxil olan 2018-ci il
    bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada  və bölgəmizdə
    gedən proseslərdən asılı olmayaraq, Azərbaycan 
    uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşıya qoyulmuş
    bütün vəzifələr icra olunmuş, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin
    edilmişdir. 
            Hər il olduğu
    kimi 2018-ci ildə də rayonumuzda sosial-iqtisadi proqramlar müvəffəqiyyətlə
    icra olunmuşdur. Əhalinin sosial rifah halı yüksəldilmişdir. Azərbaycan
    Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən
    2018-ci ildə 38 ailə 129 nəfər mənzillə təmin olunub. Ümumilikdə əhalimizin
    45%-i olmaqla, 1929 ailə 7465 nəfər mənzillə təmin olunub.

            “Ərazi
    Məşğulluq
    Proqramı”nda 2018-ci il üzrə nəzərdə tutulmuş 150 nəfərə qarşı 139
    nəfər işsiz vətəndaş mərkəz tərəfindən işaxtaran
    kimi qeydiyyata alınmışdır. İl ərzində 
    46  nəfərə qarşı 45 nəfər işlə təmin olunmuşdur. 2
    nəfərə qarşı 1 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 186 nəfər iş axtarana
    və 51 nəfər orta məktəbin yuxarı sinif şagirdlərinə peşə seçiminə düzgün yönəlməsi məqsədilə peşəyönümlü məsləhətlər verilmişdir.

           Hal-hazırda rayonumuzun balansında 4125,0 hektar daimi təhkim olunmuş I-II otrub torpaq sahəsi vardır. 2018-ci ilin məhsulu üçün hüquqi
    və fiziki şəxslər tərəfindən 2572.3 hektarı taxıl
    biçini aparılmışdır.
    Məhsuldarlıq 20 sentner olaraq 5144,6 ton məhsul
    toplanmışdır.
    2019- cu ilə isə ümumilikdə 2800 ha taxıl əkilmişdir. 

            Xocalı rayon sakinlərinin kompakt şəkildə yaşadığı
    Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində 2018-ci ildə 14000 ədəd tut tingləri bağ şəklində əkilərək hazır vəziyyətə gətirilmişdir. Ümumulikdə isə 25,500 ədəd tut
    tingləri əkilmişdir. 2019-cu ildə barama əistehsalı nəzərdə tutulmuşdur. 2018-ci ildə Xocalı rayonundan olan 2 məcburi köçkün
    ailəsi tərəfindən 500 kq barama
    istehsalına qarşı
    637 kq barama istehsal edilərək “Şəki İpək” ASC-nə təhvil verilmişdir və təhvil verdikləri yaş baramanın miqdarına görə ümumilikdə 6370.00 manat məbləğində ödənişlə təmin edilmişdir.

            Azərbaycan Respublikasının
    Prezidenti cənab İlham
    Əliyevin 5 mart 2018-ci il tarixli Sərəncamına əsasən Xocalı
    rayonunda arıçılıqla məşğul
    olan hüquqi və fiziki şəxslərin arıçılıq təsərrüfatlarına
    baxış keçirilmiş və 115 nəfər vətəndaşa ümumilikdə 30.480.00 manat məbləğində subsidiya verilmişdir. 

            Məruzə ətrafı çıxışlarda Xocalı rayon Maliyyə Şöbəsinin rəisi İlqar Əliyev, Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayonu üzrə nümayəndəsi Ruslan Bəşirov rəhbərlik etdiyi idarələrin gördüyü işlərdən məlumat verdilər. "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu ictimai birliyin keçirdiyi tədbirlər haqqında danışdı. Məruzəçilər rayonumuzun rəhbəri Şahmar Usubovun hesabat məruzəsini qənaətbəxş saydılar.

            Sonra sakinlər tərəfindən qaldırılan təkliflər rayon rəhbərinin diqqətinə çatdırıldı. 
            124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilmiş cənab Elman Məmmədov çıxış edərək Xocalı rayon sakinlərinin 50 faizə qədərinin mənzillərlə təmin olunmasını, əhalinin rifah halının artmasınının göz qabağında olduğunu vurğuladı. Ancaq hər birimizin əsas arzusu doğma torpaqlarımıza qayıtmaq olduğunu diqqətə çatdırdı. Uğurlarımız, yüksəlişimiz bizi qələbəyə doğru apardığını dedi. Ölkəmizin inkişafı, xalqımızın ölkə rəhbəri ilə həmrəyliyi düşməni təşvişə salır. Düşmən də dinc dayanmaq istəmir. Anti milli qüvvələr Azərbaycana qarşı düşmənçilik mövqeyində dayananlar sırasındadırlar. Xocalılar da dövlətçiliyimizi müdafiə etməklə ölkəmizin güclü olmasına öz töhfələrini verirlər. 
            Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının  məsul işçisi Ağa-Əli Əhmədov çıxış edərək hesabat məruzəsinə münasibət bildirdi. Cənab Prezidentin Nazirlər Kabinetindəki çıxışlarlarından tezislər söylədi. Bildirdi ki, 2018-ci ildə ölkəmiz həm ictimai siyasi - siyasi, həm də sosial - iqtisadi tərəfdən inkişaf etmişdir. 
            Xocalı rayonunda sakinlərin kənd təsərrüfatı sahələri ilə yanaşı, özünəməşğulluq proqlarımına qoşulmalarının müsbət hal olduğunu dedi. 
            Xocalı rayon Təhsil Şöbəsinin tabeliyində olan bəzi məktəblərin ali məktəblərə qəbul imtahanlarında davamlı nəticə göstərməməsinə öz iradını bildirdi. 
            Ağa-Əli Əhmədov qeyd etdi ki, hər bir dövlət qulluqçusu, idarə rəhbəri vətəndaşlarla münasibətdə təmkinli olmalı, onları dinləməli və edilən müraciətləri cavablandırmalıdır. Vətəndaşların problemlərini həll etmək səlahiyyətli şəxslərin borcudur. Rayon rəhbəri Şahmar Usubovun yerlərdə keçirdiyi səyyar qəbul - görüşlərdə sakinlərin problemləri dinlənilir, lazımi tədbirlər görülür. Bunun müsbət nəticəsidir ki, onların müraciətlərinin sayı azalıb və sakinlər yuxarı orqanlara müraciət etmək məcburiyyətində qalmırlar.
             Hesabat iclasında Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlarına (BMT, ATƏT, AŞPA və s.) müraciəti və Xocalı rayon fəallar yığıncağı nümayəndələrinin müraciəti heabat iştirakçıları qarşısında oxundu.
            Yekunda hesabat iclasının sonunda Xocalı rayonu fəallar yığıncağının 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında qərarı dinlənildi və qərar yekdilliklə qəbul edildi.




















































































            

             








    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib51 dəfə
    Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun illik hesabat iclası keçirildi

    Maraqlı gələ bilər
    52
    53
    44